Alopesiya areata – çapıq əmələ gəlmədən saçların tökülməsidir.1 Ümumi əlamət və sipmtomlara başın tüklü hissəsində yumru, hamar, ləkə kimi dazlaşmanın əmələ gəlməsi aiddir, lakin tüklərin tökülməsi bədənin digər tüklü hissəsində də müşahidə oluna bilər.2 Bu xəstəlik yaş və cinsdən asılı olmadan inkişaf edə bilir, lakin uşaqlarda və 20 yaşdan kiçik insanlarda üstünlük təşkil edir.1,2 Patofizioloji xüsusiyyətlər tam öyrənilməsə də,3 bir çox müşahidələr göstərir ki, bu genetik meyilliyi olan şəxslərdə gedən autoimmun prosesdir.4,5 Bu prosesdə irsi meyillik faktoru mövcuddur4 və anagen böyümə mərhələsində olan folikullar ətrafında aktivləşmiş CD4 və CD8 limfositlərin olması ilə xarakterizə olunur. Saçların tökülməsinə digər səbəb telogen alopesiyadır: saçlar telogen fazaya çox tez keçir və tədricən davamlı saçtokülmə müşahidə olunur. Bu prosesə yüksək hərarət, hamiləlik (son aylarda), kəskin və ya davamlı stress, dəmir çatışmazlığı, qidalı maddələrin çatışmazlığı, bəzi medikamentlərin, məs., oral kontraseptivlərin, propranalol (β-blokator), şişəleyhinə vasitələrin qəbulu və şüa terapiyası təkan verə bilər.2 Hormonal disbalans (məs., tireoid hormonun disbalansı),7 eləcə də, mineral (məs., sink) 8 və vitaminlərin (məs., biotin, pantoten turşusu)9 çatışmazlığı da alopesiyaya gətirib çıxara bilər. Müalicə üsullarına yaş və saç tökülmənin dərəcəsindən asılı olaraq, təbii, biotənzimləyici preparatların ocaqdaxili və/və ya sistemli istifadəsi aid edilir.10 Ocaqlı alopesiya fəsadsız gedən xoşxassəli prosesdir. Lakin o, güclü emosional və psixoloji stresə gətirib çıxara bilər.1

 

XİC üzrə faza
İmpreqnasiya
Ektodermal

Əsas və/və ya simptomatik yanaşma
. Selenium-Homaccord

Tənzimləyici terapiya
DD . Təkmilləşmiş dəstəkləyici detoksikasiya və drenaj, sonradan əsas detoksikasiya və drenaj: Detox-Kit, Lymphomyosot-u Galium-Heel ilə əvəzləmək
İM . Cutis compositum
HTOD . Coenzyme compositum
. Ubichinon compositum

İndividual yanaşma
. Placenta compositum
(əlavə olaraq periferik sirkulyasiyanın yaxşılaşdırılması)
. Cerebrum compositum
və/və ya Neurexan
(zehni/emosional streslə, baş verəcək hadisələr qarşısında qorxu ilə bağlı alopesiya)
. Hormeel və ya
. Ovarium compositum
(qadınlarda hormonal disbalans fonunda yaranmış ikincili alopesiya zamanı)
. Теstis compositum
(kişilərdə hormonal disbalans fonunda yaranmış ikincili alopesiya zamanı)

 

Terapevtik qeydlər
Аbdominal köp vacib simptomdur. Əsas müalicə səbəbin aradan qaldırılmasına yönəldilməlidir. Probiotiklər yaxşı köməkçi vasitə ola bilər. Mucosa compositum bağırsağın immun sisteminə təsir göstərir. Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.

 

Biblioqrafik mənbələr.

 1 Bolduc C, Lui H. Alopecia areata. eMedicine 2009. http://emedicine.medscape.com/article/1069931-overview.
 2 Levine N. Skin conditions and alopecia areata. WebMD 2009. http://www.webmd.com/skin-problems-and-treatments/hair-loss/alopecia-areata. Accessed. April 30, 2010.
 3 McElwee KJ, Freyschmidt-Paul P, Sundberg JP, Hoffmann R. The pathogenesis of alopecia areata in rodent models. J Investig Dermatol Symp Proc. 2003;8(1):6-11.
 4 Dudda-Subramanya R, Alexis AF, Siu K, Sinha AA. Alopecia areata: genetic complexity underlies clinical heterogeneity. Eur J Dermatol. 2007;17(5):367-374.
 5 McElwee KJ, Tobin DJ, Bystryn JC, King LE Jr, Sundberg JP. Alopecia areata: an autoimmune disease?
 6 Alexis AF, Dudda-Subramanya R, Sinha AA. Alopecia areata: autoimmune basis of hair loss. Eur J Dermatol.
 7 Cunliffe WJ, Hall R, Stevenson CJ, Weightman D. Alopecia areata, thyroid disease and autoimmunity. Br J Dermatol. 1969;81(12):877-881.
 8 Prasad AS. Clinical manifestations of zinc deficiency. Annu Rev Nutr. 1985;5:341-363.
 9 Roth KS. Biotin in clinical medicine: a review. Am J Clin Nutr. 1981;34(9):1967-1974.
10 Freyschmidt-Paul P, Happle R, McElwee KJ, Hoffmann R. Alopecia areata: treatment of today and tomorrow. J Investig Dermatol Symp Proc. 2003;8(1):12-17.