Terapevtik göstəricinin istifadə təlimatı
“Terapevtik göstərici” pasiyentə yanaşma zamanı qərar qəbul etməyə kömək üçün bir neçə fərdi göstərici bölməsini özündə birləşdirir. Birinci bölmə - konkret göstərişlərə, onların hazırda təsdiq olunmuş etiologiya və patofiziologiyasına aid ən yeni tibbi-elmi məlumatlardan bəhs edir. Onun ardınca dərmanları seçmək üçün terapevtik cədvəl (şəkilə bax), daha sonra terapevtik qeydlər (ehtiyac olduqda) verilir.

Terapevtik cədvəlin şablonu
XİC üzrə faza

Əsas və/və ya simptomatik yanaşma

Tənzimləyici terapiya
DD
İM
HTOD

İndividual yanaşma

Abbreviatura: XİC–xəstəliklərin inkişafı cədvəli; DD-detoksikasiya, drenaj; İM-immunomodulyasiya; HTOD – hüceyrə, toxuma, orqan dəstəyi.

1.1 Terapevtik cədvəlin istifadəsi

1. Hər xəstəliyə aid verilmiş xəstəliklərin inkişafı cədvəlinin qısa versiyası (XİC) cədvəldə xəstəliyin daha xarakterik mövqeyini əks etdirir. Pasiyentin aldığı müalicədən və xəstəliyin proqressivləşmə dərəcəsindən asılı olaraq cədvəldə xəstəliyin yeri dinamik olaraq dəyişə bilər. Məsələn, Kron xəstəliyinin erkən mərhələsi impreqnasiya fazasında yerləşdiyi halda, iltihabın davam etməsiylə əlaqədar degenerasiya fazasına doğru yerdəyişə bilər. Əgər simptom mübahisəlidirsə və onu xəstəliklərin inkişafı cədvəlində yerləşdirmək mümkün deyilsə, xəstəliyin əsasında duran simptoma istinad etmək lazımdır.
2. Əsas drenaj və detoksikasiya qeyd olunan hissədə Detox-Kit-in təyini məsləhət görüldükdə, Nux vomica-Homaccord, Berberis-Homaccord və Lymphomyosot preparatları nəzərdə tutulur.
3. Drenaj və detoksikasiyanın hazırlıq fazasına aid qrafada Hepar compositum, Solidago compositum və Thyreoidea compositum-un istifadəsi məsləhət görülür. Konkret göstərişlər olduqda daha dərin drenaj və detoksikasiya üçün əlavə preparatlar məsləhət görülə bilər.
4. Müalicə zamanı inyeksiyanın dərinliyi, yeri, vurulma qaydası, inyeksiyanın tezliyi həkimin təcrübəsindən, pasiyentin konkret vəziyyətindən asılıdır; bunlar xüsusi istinadlarda qeyd olunur.
5. Dərman preparatlarının məsləhət görülən dozası və komponentlərə aid başqa təfərrüatları “Farmakoloji göstərici”də verilmişdir.