Aftoz stomatit–bu diş ətində, dodaqlarda, dildə, yanaqların selikli qişasında və bəzən damaqda olan balaca ağ və ya sarı-boz rəngli xora və ya eroziyalardır. İlkin simptom kimi 24-48 saat davam edən lokal yandırıcı ağrı və dərhal sonra yaranan balaca xoradır. Ağır hallarda qızdırma və limfoadenopatiya müşahidə olunur.1,2 Aftoz stomatit bir dəfə baş verə bilər və ya müxtəlif tezliklə residivləşə bilər. İmmuniteti zəifləmiş adamlarda sadə herpes virusu, gingivostomatit, oral kandidoz ilə differensiasiya aparılmalıdır.2 Zədələnmələrin sayından, ölçüsündən asılı olaraq aftoz xoralar qida qəbulu, udma və danışıq zamanı ağrı törədə bilər. Vəziyyəti ağırlaşdıran səbəblərə isə turş, duzlu, ədvalı təamların qəbulu, qoz-fındıq, şokolad, sitrus meyvələri, alkoqol və qazlı içkilər aiddir. Bundan başqa, ağız boşluğu qulluq vasitələrinə lauril sulfatın (detergent) əlavə edilməsi ağrı törədə bilər. Nəhayət, kimyəvi terapiyada istifadə olunan preparatlar və qızıl duzları aftoz stomatitə səbəb ola bilər.1,3 Səbəblər tam öyrənilməmişdir, lakin genetik meyilliyin və Streptococcus sanguisa qarşı T–hüceyrələrin kross-reaktivliyinin, müxtəlif virus və qida antigenlərinə1,2 qarşı (glüten daxil olmaqla4) həssaslığın rolu məlumdur. Digər təkan rolu oynayan faktorlara travma, stress, hormonal disbalans, fol turşusu və dəmir defisiti, yanaşı gedən xəstəliklər, məs., AİDS, Kron xəstəliyi, xoralı kolit və Behçet xəstəliyi aiddir. Tütündən və/və ya tüstüsüz tütündən istifadə etmək aftoz stomatit residivlərinin tezliyini və kəskinliyini azalda bilər.2 Patogenezə immun sisteminin hüceyrələrinin (məs., təbii killer–hüceyrələr, neytrofillər, limfositlər, plazma hüceyrələri) və sitokinlərin (məs., TNF-α, interleykin 2, interleykin 10)2 iştirakı ilə gedən hüceyrə-cavab reaksiyası daxildir. Terapevtik məqsəd - səthi zədələri aradan qaldırmaq, iltihabönü prosesləri balanslaşdırmaq və özünütənzimləməni bərpa etmək.

XİC üzrə faza
İltihab
Ektodermal
Orodermal


Əsas və/və ya simptomatik yanaşma
. Vinceel
(oral aerozol)


Tənzimləyici terapiya
DD . Təkmilləşmiş dəstəkləyici detoksikasiya və drenaj: Detox-Kit

İM . Traumeel + Engystol
HTOD . Mucosa compositum


İndividual yanaşma
. Tonsilla compositum
(residivləşən pozulmalar)
. Gastricumeel
(qida borusuna yayılan zədələnmələr)
. Hormeel
(menstruasiya zamanı kəskinləşmələr)

 

Terapevtik qeydlər
Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.


Biblioqrafik mənbələr
1 Morelli JG. Disorders of the mucous membranes. In: Kliegman RM, Behrman RE, Nelson WE, Jenson HB, eds. Nelson Textbook of Pediatrics. 17th ed. Philadelphia, PA: Elsevier Saunders; 2007.
2 Scully C, Gorsky M, Lozada-Nur F. The diagnosis and management of recurrent aphthous stomatitis: a consensus approach. J Am Dental Assoc. 2003;134(2):200-207.
3 Altenburg A, Zouboulis CC. Current concepts in the treatment of recurrent aphthous stomatitis. Skin Ther Lett. 2008;13(7):1-4.
4 Pastore L, Carroccio A, Compilato D, Panzarella V, Serpico R, Lo Muzio L. Oral manifestations of celiac disease. J Clin Gastroenterol. 2008;42(3):224-232.