Absses – irinin lokal olaraq orqanizmin müəyyən nahiyəsində toplanmasıdır; ətrafında qızartı və ya digər iltihab əlamətləri qeyd olunur.1 Abssesin səbəbi bakteriyalar, parazitlər və s. ola bilər. Absseslər piy vəzilərinin axarlarının tutulması, tük follikullarının iltihabı və dərinin səthi zədələnmələri nəticəsində əmələ gələ bilər. İmmun sistemi zəifləmiş və qan dövranı pozulmuş pasiyentlərdə daha tez-tez əmələ gələ bilər.2,3 Abssesləri dəridən qabaran, qızartılı, isti, əllə asan sıxılan xüsusiyyətlərinə görə fərqləndirilir.2 Lakin onlar orqanizmin hər yerində əmələ gələ bilər; qaraciyərdə, baş beyində, ağciyərlərdə, badamcıqlarda, periodontda və digər toxumalarda1,2 inkişaf edə bildiyi üçün bəzən çətin diaqnostika olunur. Abssesə səbəb olan mikroorqanizmlər infeksiya ocağından və ya açıq yaradan qan və limfa dövranı (bax Limfangit) ilə yayılır.4 İri həcmli absseslərin deşilməsi orqanlara ciddi zərər vurub çapıq toxumanın inkişafına səbəb ola bilər. Absses-toxumalarda infeksiyanın orqanizmin digər hissələrinə yayılmasının qarşısını alan müdafiə reaksiyasıdır. Mikroorqanizmlərin və ya yad maddələrin invaziyası lokal hüceyrələri zədələyir ki, bu da toksinlərin ifrazına səbəb olur; buna cavab olaraq iltihab prosesi işə düşür və lokal qan dövranı sürətlənir, nəticədə, zədəli nahiyəyə daha çox leykosit cəlb olunur. Əgər kəskin iltihab prosesi yaxşılaşmaya səbəb olmursa, bir müddət sonra absses inkapsulyasiya olunur və ətraf toxumanı sonrakı infeksiyalaşmadan qoruyur.1,3
Lakin belə inkapsulyasiya immun hüceyrələrin infeksiya ocağına keçməsinə mane olur, bu zaman cərrahi müdaxilə və drenaj lazım ola bilər. Lazımı tədbirlər görülmədikdə absseslər proqressivləşə və infeksiya daha dərin toxumalara, eləcə də, qana keçə bilər.2 Terapiyanın məqsədi–ağırlaşmaların qarşısını almaq məqsədilə orqanizmin ilkin mərhələdə patologiya ilə mübarizə aparması üçün müdafiə sistemini dəstəkləmək və möhkəmləndirməkdir.

XİC üzrə faza
İltihab
Ektodermal
Epidermal
Mezodermal
Mezenximal

Əsas və/və ya simptomatik yanaşma
. Calcoheel


Tənzimləyici terapiya
DD . Əsas detoksikasiya və drenaj: Detox-Kit
İM . Echinacea compositum
HTOD . Tonsilla compositum
. Coenzyme compositum
. Ubichinon compositum

İndividual yanaşma
. Euphorbium compositum burun üçün aerozol (rinit/sinusit olduqda)
Glandula lymphatica suis-Injeel (ağır hallarda)

 

Terapevtik qeydlər
Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.

Biblioqrafik mənbələr
1 Abscess. Medline Plus Encyclopedia Web site.http://www.nlm.nih.gov/medlineplus/ency/article/001353.htm. Accessed December 28, 2009.
2 Abscess. eMedicineHealth. http://www.emedicinehealth.com/abscess/page2_em.htm. Accessed December 28, 2010.
3 Stevens DL, Bisno AL, Chambers HF, et al. Practice guidelines for the diagnosis and management of skin and soft-tissue infections. Clin Infect Dis. 2005;41(10):1373-1406.
4 van der Valk P, Meijer CJ. The histology of reactive lymph nodes. Am J Surg Pathol. 1987;11(11):866-882.