Adenoidlər – burun-udlağın arxa hissəsində, badamcıqların üzərində yerləşən toxumadır.1-3 Adenoidlər, udlağın arxasında yerləşən (Valdeyer həlqəsi) və limfatik düyünlər qrupunun (badamcıqlar da daxil olmaqla) bir hissəsidir. Bu həlqə bakteriya, virus və toksinlərin orqanizmə düşməsinin qarşısını alır. Adenoidlər faktiki olaraq limfa düyünləridir, əsasən, antitel sintez edərək bakteriyaları, virusları, toksinləri deaktiv edən B-limfositlərdən təşkil olunmuşlar.4 Adenoidlər burun boşluğunun arxa hissəsində, yumşaq damağın arxasında, üst tərəfdə yerləşir; digər tonzilyar toxuma kimi həm kəskin, həm də xroniki infeksiyalarda iştirak edir.5 Davamlı infeksiya və iltihab zamanı adenoidlər proqressiv böyüyə bilər, bu, əsasən burun və udlaq infeksiyalarının daha çox rast gəlindiyi uşaq yaşlarına təsadüf edir. Bunun nəticəsində ilkin simptom kimi burnun normal funksiyaları pozulur (ağızdan nəfəsalma, tın-tınlıq, xorultu) və bu hallar yevstax borularının tutulması nəticəsində xroniki qulaq infeksiyalarına və hətta, yuxu apnoesinə səbəb ola bilər. Ağırlaşmalardan və ya cərrahi əməliyyatdan (adenoektomiya) qorunmaq üçün erkən və profilaktik müalicə lazımdır. Badamcıqların hipertrofiyasında biotənzimləmə yolu ilə təsir edən və təbii tərkibli dərman preparatlarının tətbiqi əksər hallarda təhlükəsiz və effektli monoterapiyadır.

XİC üzrə faza
Depolaşma
Limfodermal

Əsas və/və ya simptomatik yanaşma
. Calcoheel


Tənzimləyici terapiya
DD . Əsas detoksikasiya və drenaj: Detox-Kit (sonra problem aradan qalxanadək Lymphomyosot qəbul olunmalı)
İM . Tonsilla compositum
HTOD . Coenzyme compositum

İndividual yanaşma
. Euphorbium compositum burun üçün aerozol (rinit/sinusit olduqda)
. Glandula lymphatica suis-Injeel (ağır hallarda)

 

Terapevtik qeydlər
Əsas və təkmilləşmiş drenajda istifadə olunan preparatlar və terapiya cədvəli haqqında əlavə məlumatı Terapevtik göstəricinin əvvəlində, “Terapiya cədvəlinin istifadəsi” bölməsində tapa bilərsiniz.

Biblioqrafik mənbələr
1 Becker W, Neumann H, Pfaltz C. Lymphoepithelial system of the pharynx. In: Buckingham RA, ed. Ear, Nose, and Throat Diseases: A Pocket Reference. 2nd ed. New York, NY: Thieme Medical Publishers; 1994:307-308.
2 Becker W, Neumann H, Pfaltz C. Immune-specific functions of Waldeyer’s ring. In: Buckingham RA, ed. Ear, Nose, and Throat Diseases: A Pocket Reference. 2nd ed. New York, NY: Thieme Medical Publishers; 1994:312-314.
3 Becker W, Neumann H, Pfaltz C. Hyperplasia of the lymphoepithelial organs. In: Buckingham RA, ed. Ear, Nose, and Throat Diseases: A Pocket Reference. 2nd ed. New York, NY: Thieme Medical Publishers; 1994:320-322.
4 Musiatowicz M, Wysocka J, Kasprzycka E, Hassmann E. Lymphocyte subpopulations in hypertrophied adenoid in children. Int J Pediatr Otorhinolaryngol. 2001;59(1):7-13.
5 Tuncer U, Aydogan B, Soylu L, Simsek M, Akcali C, Kucukcan A. Chronic rhinosinusitis and adenoid hypertrophy in children. Am J Otolaryngol. 2004;25(1):5-10.
6 Huang SW, Giannoni C. The risk of adenoid hypertrophy in children with allergic rhinitis. Ann Allergy Asthma Immunol. 2001;87(4):350-355.