Aftoz stomatit – bu diş ətində, dodaqlarda, dildə, yanaqların selikli qişasında və bəzən damaqda olan balaca ağ və ya sarı-boz rəngli xora və ya eroziyalardır. Xoradan 24-48 saat əvvəl yerli yandırıcı ağrı olur və sonra balaca xora yaranır. Ağır hallarda qızdırma və limfa düyünlərinin böyüməsi müşahidə olunur. Aftoz stomatit bir dəfə baş verə bilər və ya müxtəlif tezliklə residivləşə bilər.





